
AMEA Kimya Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi
Yan 25, 2017 | 12:00 / Konfranslar, iclaslar
Yan 25, 2017 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 2564 dəfə
24 yanvar 2017-ci il tarixində AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirildi.
Büro üzvləri və institut direktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.
İclasda AMEA üzvlüyünə seçkilərlə əlaqədar AMEA-nın Kimya Elmləri Bölməsinin ekspert komissiyasının tərkibi müəyyənləşdirilib və Rəyasət Heyətinə təsdiq üçün təqdim olundu.
Büro iclasında, həmçinin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik olunub.
Sonda bır sıra kadr məsələlərinə baxıldı.