
Fev 16, 2017 | 06:00 / Konfranslar, iclaslar
16 fevral 2017-ci il tarixində AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirildi.
Büro üzvləri və institut direktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.
İclasda Kimya Elmləri Bölməsinin elmi müəssisələrində 2016-2017-ci tədris ili uçun elmlər doktoru hazırlığı üzrə doktoranturaya, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri müzakirə olundu. Müzakirələrdən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edildi.
Büro iclasında akademik Yusuf Məmmədəliyev adlı mükafatı üzrə namizədlərin irəli sürülməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin layihələrinin təqdimatı, “Корифеи химической науки в Азербайджане” adlı kitabın nəşrə hazırlanması da müzakirə olundu.
İclasda, həmçinin AMEA-nın Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi-tədqiqat işlərinin planı, həmin institutun və Polimer Materialları İnstitutunun Elmi Şuralarının tərkibində qismən dəyişikliklər də təsdiq edildi.
Sonda bır sıra kadr məsələlərinə baxıldı.