AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Kimya Elmləri Bölməsinin İllik Ümumi Yığıncağı keçirildi
Dek 26, 2016 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 269 dəfə

2016-cı il 26 dekabr tarixində akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin İllik Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda bölmənin həqiqi və müxbir üzvləri, institut direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katiblər, laboratoriya rəhbərləri, Kimya üzrə Problem Şuranın üzvləri iştirak ediblər. Yığıncağı giriş sözü ilə açan AMEA KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Yığıncaqda 2016-cı ildə elmi və elmi təşkilati fəaliyyəti haqqında elmi tədqiqat institutlarının (akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu) hesabatları dinlənilmişdir. Yığıncaqda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Nüvə Tədqiqat Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Yavuz Rüstəmov, kimya üzrə elmlər doktoru Sevinc Haciyeva çıxış etmişdilər.

Yığıncaqda elmi tədqiqat institutlarının hesabatları və Kimya Elmləri Bölməsinin həqiqi və müxbir üzvlərinin hesabatları təsdiq edilmişdir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015