AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
AMEA Kimya Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi
Okt 19, 2016 | 12:12 / Konfranslar, iclaslar
Oxunub 2497 dəfə

18 oktyabr 2016-cı il tarixində AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Büro iclasında Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları institutlarının yubileyləri ilə əlaqədar uzunmüddətli məhsuldar elmi və elmi-ictimai xidmətlərinə görə bir qrup əməkdaş Kimya Elmləri Bölməsinin Fəxri Fərmanları ilə təltif olunması haqqında qərar qəbul olunub.

İclasda, həmçinin 2017-ci ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin planına KEB təklifləri də müzakirə olunub.

Akademik Bahadur Zeynalovun 100 illik, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik, t.ü.e.d. Sultan Sultanovun 90 illik bə Möhsün bəy Xanlarovun 160 illik yubileylərin keçirilməsi haqqında Büronun qərarı qəbul olundu.

2017-cı il üçün AMEA Rəyasət Heyətinin nəzdində “Elm” Nəşriyyatının tematik planına KEB-in təklifidə müzakirə olundu.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015